ABAP (Advanced Business Application
Programming) proqramına ehtiyac duymadan lazım olsa birdən çox table-ı
bir-birinə bağlayaraq sorğular üzərindən hesabat hazırlamaq mümkündür. Bunun üçün hər
hansı bir proqramlaşdırma dili bilməmizə ehtiyac yoxdur. Əhəmiyyətli olan istifadə
edəcəyimiz table-rı və bu table-da iştirak edən, açar sahələrini və digər sahələri
bilməkdir.
Əgər səlahiyyət məhdudlaşdırmanız yoxsa;
İstifadəçi Menyusundan; SAP Menyusu -> Tools -> ABAP Workbench -> Utilities -> QuickViewer (SQVI) və ya birbaşa
olaraq əməliyyat kodu pəncərəsinə SQVI yazaraq bu modula çata bilərsiniz.
Əməliyyat kodu (TCODE) : SQVI
Bu nümunəmizdə 2 table-dan istifadə
edəcəyəm.
İstifadə edəcəyim table-dan birisi SCARR o birisi isə SPFLİ table-rı olacaq.
SQVI əməliyyat kodunu yazaraq açılan pəncərədə yeni QuickView yaradaq. QuickView-ın adını ZHESABAT yazaraq Create düyməsinə vururuq.
Açılan pəncərədə Title bölməsinə qisa şərh yazırıq. Data sourse bölməsində isə iki ayrı Table-dan istifadə
etdiyimiz üçün Table Join seçirik və Enter düyməsinə
vururuq.
Shift F1 qısa yolu üzərindən əlavə etmək
istədiyiniz table soruşulacaq. Və ya aşağıdakı düymə köməyi ilə əlaqədar
table-ı əlavə edək.
İlkin olaraq SCARR Table-nı seçirik və Enter düyməsinə vururuq.
İkinci Table-ı isə SPFLİ olaraq seçirik.
Bu proseslərin ardından açar sahələr arasında proqramçılar tərəfindən təyin olunan avtomatik bir əlaqə görünəcək. Bu bağ iki table arasındakı əlaqəni göstərir.
Table-mızı seçdikdən sonra F3 düyməsi ilə təkrar əvvəlki pəncərəyə geri dönək.
Bu isə bir daha
vizual bir hesabata daha istiqamətli səhifə genişliyini, hesabatda
sahələrin yerləri ölçüləri , sıralaması, sütun xəttləri və ya axtar, cəmlə, kimi bir çox əlavə etmələri asanlıqla edə bilər. Aşağıdakı kimi sorğuda istifadə
edəcəyimiz və hesabatda çıxmasını istədiyimiz sahələrin önünə tık qoyaq. Ardından
bu sahələrdən birinə və ya bir neçəsinə görə sıralama aparaq.
Sonra Execute düyməsinə vuraraq hesabatı çalışdıraq.
Hesabat forması aşağıdakı kimidir.

No comments:
Post a Comment