Yeni bir Database Table yaratmaq üçün SE11 əməliyyat kodundan istifadə edirik. Bizim yaradacağımız Table Z ilə başlamalıdır. Database Table sahəsinə ZTELEBE yazıb və create düyməsini vurun. Əvvəla table-ın zəruri sahələri doldurmaq məcburiyyətindəyik.
Short Description qisminə Table-ın qısa şərhini yazıb Delivery Class-ı A, Data Browser/ Table View Maintenances-i X seçirik.
Sonra Fields sahəsinə keçərək ilk stünun adını yazırıq. Əgər biz Table yaradacıyıqsa ilk stün mütləq MANDT və dataelementi isə MANDT olmaq məcburiyyətindədir.
İkinci stün olaraq isə ID Yazaq. Data Element qisiminə gəlincə isə Predefined Type düyməsinə vurun və açılan pəncərədə göreceksinizki Data Element adı yazmaq yerinə birbaşa stünun tipini özümüz yaza biləcəyik. F4-ə bassaq giriş köməyi pəncərəsi açılacaq.
Biz ID üçün NUMC xarakterini seçirik. İnitial valuesi və keyi bu sahədə də seçməliyik. açarsız və mandt-sız table olmaz. Çox nadir table-lar mand-sız olar. Bizim yaratdığımız hər table-da mandt olmalıdır.
Tələbənin adını və soyadını ardıcıl olaraq daxil edin.
Tələbənin adı və soyadı üçün biz özümüz Data Element yaradaq.
Ən son table-ı aktiv etməyə çalışaq. Əvvəla olaraq table-ın Technical Settings hissəsini nizamlayaq. Onu menyudan GOTO-> Technical settings orada verilən classı APPL0 və kateqoriyanı 0 seçin.